İngiltərə çempionatının yeni rekordçusu – Vardi
28.11.2015 - 22:30
“Lester”in hücumçusu Ceymi Vardi Premyer Liqanın 14-cü turunda “Mançester Yunayted”ə qarşı oyunda hesabı açmaqla rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, ingilis futbolçu ardıcıl 11-ci oyunda fərqlənməyi bacarıb.
Bu isə İngiltərə çempionatları tarixində rekord göstəricidi.
Qeyd edək ki, Vardi cari mövsümdə artıq 14 dəfə rəqib qapıçıları məyus etməyi bacarıb.
0
0