Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, sayca üçüncü dəfə keçirilən mötəbər yarışda Azərbaycanı 4 şahmatçı təmsil edir.
İlk oyun günündə bütün təmsilçilərimiz görüşlərini bərabərliklə başa vurublar. Digər matçda da qələbə qeydə alınmayıb.
ShamkirChess 2016
I tur
26 may
Rauf Məmmədov (Azərbaycan, 2655) – Aniş Qiri (Hollandiya, 2790) – 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan, 2726) - Hou Yifan (Çin, 2663) – 0,5:0,5
Eltac Səfərli (Azərbaycan, 2664) - Pavel Elyanov (Ukrayna, 2765) - 0,5:0,5
Fabiano Karuana (ABŞ, 2804) - Pentala Harikrişna (Hindistan, 2763) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) - Sergey Karyakin (Rusiya, 2779) - 0,5:0,5