[b]Rio-2016: Orxan Səfərov medalsız qaldı - YENİLƏNİB[/b]
07.08.2016 - 00:18
[b]Rio-2016: Orxan Səfərov medalsız qaldı - YENİLƏNİB[/b]

Bu gün Rio-de-Janeyro Olimpiadasında cüdo yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, Oyunların 2-ci gün Azərbaycan millisinin 1 idmançısı tatamiyə çıxıb.

 

Peter Zayzenbaherin yetirmələrindən Orxan Səfərov debüt edib. Həmyerlimiz ilk mərhələdən azad olduğundan yarışa 1/16 finaldan başlayıb.

 

“Böyük dəbilqə” və Qran-pri turnirlərinin qalibi olan 25 yaşlı həmyerlimiz ilk cəhddə Xuan Postiqosu (Peru) sınağa çəkib. Vazaari və yuko fəndləri ilə qalib gələn təmsilçimiz 1/8 finalda Otar Bestayev (Qırğızıstan) ilə qarşılaşıb. Görüşün gedişində geri düşən idmançımız ipponla qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

 

Bu mərhələdə həmyerlimiz braziliyalı cüdoçu Felipe Kitadai ilə görüşüb. Bu rəqibini də ipponla məğlub edən Orxan yarımfinala yüksəlib.

 

Cüdoçumuz bu mərhələdə qazax idmançı Yeldos Smetovla münasibətlərinə aydınlıq gətirib. Təmsilçimiz finalın bir addımlığında rəqibinə vaza-ari xalı ilə məğlub olub.

 

Səfərov bürünc medal uğrunda yapon idmançı Naohisa Takato ilə mübarizə aparıb. Bu oyunda tərəflər xal qazana bilməyiblər. İki dəfə xəbərdarlıq alan Orxan məğlub olub və Olimpiya Oyunlarını medalsız başa vurub.

 

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur. 

0