[b]Rio-2016: Nicat Şıxəlizadə 1/8 finalda məğlub oldu - YENİLƏNİB[/b]
07.08.2016 - 18:43
[b]Rio-2016: Nicat Şıxəlizadə 1/8 finalda məğlub oldu - YENİLƏNİB[/b]

Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir. Apasport.az saytının məlumatına görə, oyunların III günü Azərbaycan millisinin daha bir üzvü tatami üzərinə çıxıb.


Komandamızın heyətində Nicat Şıxəlizadə (66 kq) medal uğrunda mübarizə aparıb. Təmsilçimiz ilk mərhələdən azad olduğu üçün yarışa birbaşa 1/16 final mərhələsindən start verib.


2014-cü il Tbilisi Qran-Prisinin qızıl medalçısı olan 27 yaşlı həmyerlimiz ilk cəhdində ispan cüdoçu Suqoy Uriarte ilə üzləşib. O, rəqibinə yuko xalı ilə qalib gələrək 1/8 finala adlayıb.

 

Təmsilçimizin bu mərhələdəki rəqibi italiyalı Fabio Bazile olub. Gənc rəqibi qarşısında uğursuz çıxış edən Nicat ipponla məğlub olaraq yarışı başa vurub.


Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.

 

0