[b]Rio-2016: Səbinə Mikina ilk görüşdəcə uduzdu - YENİLƏNİB[/b]
08.08.2016 - 17:30
[b]Rio-2016: Səbinə Mikina ilk görüşdəcə uduzdu - YENİLƏNİB[/b]

Rio Olimpiadasında bu gün daha bir idmançımız mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, qılıncoynatma yarışlarının sablya növündə Səbinə Mikina  ümidləri doğrultmayıb.

 

İlk qarşılaşmasında tunisli Azza Besbeslə üz-üzə gələn həmyerlimiz 12:15 hesablı ilə uduzub. Düzdü, Mikina Pekin-2008-in 7-cisi, həmçinin London-2012-nin 9-cusu olan afrikalıya ciddi müqavimət göstərib. Hətta görüşün əvvəlində bir neçə dəfə önə də keçib. Lakin təcrübəli tunisli yekunda mərhələ adlayıb.

 

Qeyd edək ki, Mikina London-2012-də 1/32 finalda almaniyalı Aleksandra Bujdosoya 15:13 hesabı ilə qalib gəlsə də, ardınca ukraynalı Olqa Xarlana 10:15 hesabı ilə uduzmuşdu.

 

 

0