[b]Rio-2016: Yure Meqliç sondan ikinci oldu - YENİLƏNİB[/b]
10.08.2016 - 21:14
[b]Rio-2016: Yure Meqliç sondan ikinci oldu - YENİLƏNİB[/b]

Bu gün Rio-2016-da kanoe-slalom üzrə növbəti yarışlar keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvü Yure Meqliç yarımfinal mərhələsində gücünü sınayıb.

 

1 nəfərlik kayak qayığı (K-1) ilə mübarizə aparan idmançımız artıq yürüşü başa vurub və 145.00 saniyə nəticə göstərib. Yekun sıralamda 14-cü olan idmançımız finala yüksələ bilməyib.

 

O sadəcə isveçli İsak Ohstromu qabaqlaya bilib.

 

Qeyd edək ki, 15 atlet arasında ilk 10-luqda yer alanla finalda yarışacaqlar.

0