[b]Rio-2016: Legionerlərimiz sonuncu oldular - YENİLƏNİB[/b]
11.08.2016 - 22:02
[b]Rio-2016: Legionerlərimiz sonuncu oldular - YENİLƏNİB[/b]

Azərbaycanı Rio Olimpiadasında təmsil edən akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov – Boris Yotov dueti bu gün son yürüşlərinə çıxıblar. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsində uğursuz çıxış edən milliləşdirilmiş legionerlərimiz təsəlliverici yarışa qatılıblar.

 

2 nəfərlik qoşa avarlı qayıqla (M2X) mübarizə aparan cütlük sonuncu - 12-ci yeri tutub. 2000 m məsafəyə yürüşdə onların rəqibləri almaniyalı Marsel Hakker - Ştefan Krüger, serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç, yeni zelandiyalı Robert Menson - Kristofer Harris, avstraliyalı Devid Uotts - Kristofer Morqan və bolqarıstanlı Georgi Bojilov - Kristian Vasilev duetləri olub.

0