[b]Rio-2016: İdmançımız 21 sm-in güdazına getdi - YENİLƏNİB[/b]
13.08.2016 - 10:14
[b]Rio-2016: İdmançımız 21 sm-in güdazına getdi - YENİLƏNİB[/b]

Rio-2016-da atletika yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, Olimpiadaya bu növ üzrə 4 idmançı ilə yollanan yığmamızın heyətində Anna Skidan “siftə” edib.

 

Milliləşdirilmiş ukraynalı legionerimiz “idmanın kraliçası”nın çəkicatma növündə mübarizə aparıb. 32 atletin gücünü yoxladığı yarışın təsnifat mərhələsində Skidan B qrupunda qüvvəsini sınayıb.

 

İlk cəhdində 67,05 m, ikincidə 68,98 m nəticə göstərən Skidan son atışda çəkici 70,09 m məsafəyə atıb. Bununla da təmsilçimiz yarışı 13-cü yerdə başa vurub.

 

Final mərhələsinə 12 idmançı yüksəldiyindən Annaya yalnız 1 pillə çatmayıb. O, 12-ci olan fransalı Aleksandra Tavernyerdən cəmi 21 sm geri qalıb. Bununla da Skidan üçün Rio-2016 başa çatıb.

 

Qeyd edək ki, təsnifat mərhələsinin qalibi polşalı Anita Vlodarçik 76,93 m nəticə göstərib.

 

0