“Qəbələ” yaxşı oynadı, ancaq rəqib də çox güclüdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rövnəq Abdullayev deyib.
UEFA Avropa Liqasının qrup mərhələsində baş tutan “Qəbələ” – “Maynts” (2:3) oyunundan sonra jurnalistlərə qısa açıqlama verən AFFA prezidenti matç haqqında fikirlərini bölüşüb.
“Maynts” Bundesliqanın aparıcı klublarından biridir. Qalib gəlmək də olardı, ancaq alınmadı”.
- UEFA prezidenti yeni vəzifəsində ilk oyununu izləyirdi, nəəs dedimi oyundan sonra?
- Yaxşı fikirlər bildirdi. Razı qaldı.
- Sizcə, “Qəbələ”nin qələbə hesabını qoruması üçün nə çatmadı?
- Təcrübə və güc. Mən belə düşünürəm ki, onlar çox güclü idilər.
- “Qarabağ”dan nə gözləyirsiz?
- Qələbə. Nə gözləyəsiyəm ki?!