[b]“Sumqayıt” bürünc mükafatçıya uduzdu [/b]
16.01.2017 - 18:22
[b]“Sumqayıt” bürünc mükafatçıya uduzdu [/b]

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi Özbəkistan klubu ilə görüşdə gücünü sınayıb.

 

Belə ki, baş məşqçi Samir Abasov Özbəkistan çempionatının bürünc mükafatçısı “Nasaf”la qarşılaşmada yetirmələrini sınaqdan keçirib. Qarşılaşma "Sumqayıt"ın 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib. 

 

Qeyd edək ki, “Sumqayıt” ilk hazırlıq matçında “Şkenderbeu”ya (Albaniya) 1:3 hesabı ilə məğlub olmuşdu. “Nasaf” isə yanvarın 11-də Topaz Premyer Liqasının digər təmsilçisi “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlmişdi. 

 

Yoxlama oyunu

16 yanvar

“Sumqayıt” – “Nasaf” (Özbəkistan) - 0:1

“Sumqayıt”ın start heyəti: Tərlan Əhmədli, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Rail Məlikov, Azər Salahlı, Fərhad Qıstarov, Sergey Çernışev, Nicat Muxtarov, Kamran Abdullazadə, Məhəmməd Qurbanov, Mirabdulla Abbasov

0