Azərbaycan Premyer Liqasının XXIII turunun AZAL – “Qəbələ” oyunu yubileylərlə zəngin olub. Apasport.az saytının məlumatına görə, 1:1 hesabı ilə başa çatan görüşdə 5 müxtəlif yubiley gerçəkləşib.
Hər komandanın bir üzvü ölkə çempionatında 150-cı matçına çıxıb. AZAL-da debüt edən Bəxtiyar Soltanov və “Qəbələ”nin qışda sıralarına qatdığı Rasim Ramaldanov bu görüşədək 149 çempionat matçı keçirmişdi.
Rasim 150 matçda 3 qol vurub. Premyer Liqada “Simurq”, “Xəzər Lənkəran” və “Sumqayıt”da oynamış müdafiəçi 4-cü klubunun heyətində 150-yə çatıb.
mövsüm |
klub |
oyun |
qol |
2008/09 |
“Simurq” (Zaqatala) |
8 |
0 |
2009/10 |
“Simurq” (Zaqatala) |
11 |
0 |
2010/11 |
“Simurq” (Zaqatala) |
20 |
0 |
2011/12 |
“Simurq” (Zaqatala) |
24 |
2 |
2012/13 |
“Simurq” (Zaqatala) |
24 |
0 |
2013/14 |
“Xəzər Lənkəran” |
20 |
0 |
2014/15 |
“Xəzər Lənkəran” |
23 |
1 |
2015/16 |
“Xəzər Lənkəran” |
7 |
0 |
2015/16 |
“Sumqayıt” |
9 |
0 |
2016/17 |
“Qəbələ” |
4 |
0 |
Cəmi |
|
150 |
3 |
150 oyunda 19 dəfə fərqlənən Soltanov isə daha çox klubda çıxış edib. AZAL onun Premyer Liqada 7-ci komandasıdı. Bunadək isə Bəxtiyar “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Rəvan”, “Qəbələ” və “Simurq”da da oynayıb.
mövsüm |
klub |
oyun |
qol |
2007/08 |
“Bakı” |
6 |
0 |
2008/09 |
“Bakı” |
7 |
7 |
2009/10 |
“Bakı” |
25 |
3 |
2010/11 |
“Bakı” |
13 |
0 |
2011/12 |
“Qarabağ” (Ağdam) |
26 |
1 |
2012/13 |
“Kəpəz” (Gəncə) |
11 |
2 |
2012/13 |
“Simurq” (Zaqatala) |
3 |
0 |
2013/14 |
“Rəvan” (Bakı) |
2 |
0 |
2014/15 |
“Qəbələ” |
21 |
2 |
2015/16 |
“Kəpəz” (Gəncə) |
35 |
4 |
2016/17 |
AZAL (Bakı) |
1 |
0 |
Cəmi |
|
150 |
19 |
Bu iki yubileylə yanaşı, qarşılaşmada daha üç əlamətdar hadisə yaşanıb. “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk komandasını Premyer Liqada 75-ci matça çıxarıb. 2015-ci ilin əvvəlindən “qırmızı-qaralar”a rəhbərlik edən ukraynalının yetirmələri bu oyunlarda 40 qələbə qazanıb, 21 heç-heçə edib və 14 dəfə uduzub. “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı bütün turnirlərdə ümumilikdə 100-cü dəfə “qırmızı-qaralar”ın formasını geyinib. O, bu matçlarda 76 top buraxıb. AZAL-la görüşdə hesabı açan Tellur Mütəllimov isə “Qəbələ”nin Premyer Liqada 400-cü qoluna imza atıb. Bu, 331-ci görüşə təsadüf edib.