“Barselona”nın yarımmüdafiəçisi Arda Turan sıradan çıxıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, türkiyəli futbolçu yığmasının heyətində zədələnib.
Belə ki, DÇ-2018-in seçmə mərhələsində Finlandiya (2:0) ilə qarşılaşmada zədələnən 30 yaşlı oyunçunun sağ ayaq əzələsində problem olduğu açıqlanıb. Klub rəsmi saytı vasitəsilə Ardanın 3 həftə yaşıl meydanlardan kənarda qalacağını bəyan edib. Bu isə o deməkdi ki, Arda La Liqada “Qranada”, “Sevilya”, “Malaqa” və “Real Sosyedad”, Çempionlar Liqasında isə “Yuventus”la 1/4 final matçlarını buraxacaq.
Qeyd edək ki, Arda Turan bu mövsüm “Barselona”nın heyətində 29 oyunda meydana çıxıb, 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.