[b]İslamiada: Kamerun yığması Bakıya gələsi olmadı[/b]
02.05.2017 - 15:59
[b]İslamiada: Kamerun yığması Bakıya gələsi olmadı[/b]

İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək qadın voleybolçular arasında komanda sayında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, paytaxtımıza gələcək yığmalardan biri bu səfərdən imtina edib.

 

Belə ki, 5 ölkənin qatılması gözlənilən yarışdan Kamerun geri çəkilib. Bu səbəbdən də İslamiada 4 milli arasında təşkil olunacaq. Azərbaycan millisi ilə yanaşı, Türkiyə, Tacikistan və Qırğızıstan medallara iddia edəcək. 

0