[b]Boatenq millimizin üzvü ilə komanda yoldaşı olacaq[/b]
16.08.2017 - 16:20
Azərbaycan yığmasının üzvü Renat Dadaşovun çıxış etdiyi “Ayntraxt” klubu heyətinə yeni futbolçu qatmaq üzrədi. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Frankfurt təmsilçisi Kevin-Prins Boatenqlə ortaq məxrəcə gələ bilib.
“Las-Palmas”la müqaviləsinə xitam verilən qanalı futbolçu Almaniyaya köçməyə razılaşıb. Boatenq yaxın günlərdə “Ayntraxt”la rəsmi müqaviləyə qol çəkəcək.
Tərəflər arasında 3 illik sözləşmənin imzalanacağı bildirilir.
Qeyd edək ki, Boatenq karyerası ərzində “Herta”, “Tottenhem”, Dortmund “Borussiya”sı, “Portsmut”, “Milan” və “Şalke” klublarının da formasını geyinib.
0
0