[b]“Levante” və “Eybar” qələbə ilə başladı[/b]
22.08.2017 - 09:15
İspaniya çempionatında yeni mövsümün ilk turuna start verilib. Apasport.az saytının məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutub.
Hər iki qarşılaşmada 1 qol vurulub. “Levante” öz meydanında “Vilyarreal”ı məğlub edib.
“Eybar” isə səfər qələbəsinə sevinib. Bu komanda “Malaqa”nın meydanından 3 xalla dönüb.
İspaniya. La Liqası
I tur
21 avqust
“Levante” – “Vilyarreal” – 1:0
Qol: Morales, 88
“Malaqa” – “Eybar” – 0:1
Qol: Çarles, 57
0
0