[b]Renatla Muradın komandası evdə xal itirdi[/b]
15.10.2017 - 15:21
Almaniya Gənclər Bundesliqasının Cənub zonasında VIII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, əsas millimizin hücumçusu Renat Dadaşov və U-19 yığmamızın üzvü Murad Mahmudovun çıxış etdiyi “Ayntraxt”ın U-19 komandası da növbəti matçına çıxıb.
Frankfurtlular doğma meydanda “Maynz”lı həmyaşıdları ilə qarşılaşıblar. Görüşdə qalib müəyyənləşməyib – 1:1.
Hər iki oyunçumuz matça start heyətində başlayıb.
Qeyd edək ki, 8 oyundan sonra aktivində 11 xal olan “Ayntraxt” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
0
0