AVRO-2018-in final mərhələsində hazırlaşan futzal üzrə Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Joze Alesionun yetirmələri İran yığması ilə qarşılaşıb.
Azərbaycanda qonaq olan asiyalılarla 2 dəfə görüşəcək millimiz rəqibini Bakı İdman Sarayında qəbul edib.
Oyunda 6 qol vurulub və qalib müəyyənləşməyib.
Qeyd edək ki, yığmalar arasında ikinci oyun sabah keçiriləcək.
Yoldaşlıq oyunu
23 yanvar
Azərbaycan – İran - 3:3
Qollar: İ. Atayev, 16:16, V. Nascimento, 33:15, 34:40 – M. Aliqadr, 7:10, H. Tayebi, 19:30, M. Cavid, 34:15
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Ramil Namazov
Azərbaycan: 12.Rövşən Hüseynli (q), 8. Rizvan Fərzəliyev (k), 6. Eduardo Borges, 5. Fineo de Araujo, 10. Villiams Oliveira Do Nascimento
Ehtiyat oyunçular: 1. Emin Kürdov (q), 19. Anar Məmmədov (q), 13. Everton Kardoso, 7. Ramiz Çovdarov, 4. İsa Atayev, 11. Xətai Bağırov, 2. Samir Həmzəyev, 18. Namiq Məmmədkərimov, 14. Vitali Borisov, 15. Nihad İsmayılov