[b]“Neftçi” yeni transferini sifariş etdi[/b]
17.02.2018 - 16:04
“Neftçi” yeni transferi Mayk Kampazın sənəd problemini həll edib. Apasport.az saytı xəbər verir ki, “ağ-qaralar” kolumbiyalı yarımmüdafiəçinin adını Peşəkar Futbol Liqasına göndərdikləri iştirak ərizəsinə salıblar.
Bu isə o deməkdi ki, Kampaz yeni komandasının heyətində debüt edə bilər. Onun ölkə çempionatnın XVI turu çərçivəsində bu gün baş tutacaq “Sumqayıt” – “Neftçi” matçında debütü mümkündü.
Qeyd edək ki, Kampaz “ağ-qaralar”da 12 nömrəli formanı geyinəcək.
0
0