[b]İdmançımız Avropa çempionu oldu[/b]
15.04.2018 - 18:38
Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında Azərbaycan millisinin üzvü Mixail Malkin qızıl medal qazanıb. APA-nın məlumatına görə, tamblinq yarışında 77,400 bal toplayan idmançı bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olub.
İkinci yerdə danimarkalı Adam Mathiesen, üçüncü yerdə isə rusiyalı Vadim Afanasyev qərarlaşıblar.
0
0