Millimizin rəqibi müəyyənləşdi
21.07.2014 - 13:06
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qatıldığı beynəlxalq turnirin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Almaniya Futbol İttifaqının təşkil etdiyi yarışın ilk günündə yığmamız “Meklenburq-Vorpommern” ilə qarşılaşacaq.
Görüş sabah baş tutacaq. Millimizin oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, turnir iyulun 27-də başa çatacaq.
0
0