Mais Mənsimovdan “Xəzər Lənkəran” azarkeşləri üçün şad xəbər
26.08.2014 - 10:29
Topaz Premyer Liqasının IV turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "İnter" matçına bilet satılmayacaq. Apasport.az-ın Lənkəran təmsilçisinin saytına istinadən məlumatına görə, azarkeşlər üçün oyuna giriş sərbəst olacaq.
Bu barədə qərarı klub prezidenti Mais Mənsimov verib.
Qeyd edək ki, matç avqustun 29-da oynanılacaq.
0
0