İspaniya La Liqasında III turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, ilk matç günündə azarkeşlər yalnız bir görüşə şahidlik edib.
Ötən tur səfərdə “Xetafe”yə minimal hesabla (1:0) uduzan “Almeriya” bu dəfə digər autsayder “Kordoba” ilə münasibətlərinə aydınlıq gətirib. Görüş heç-heçə başa çatıb.
“Barselona” isə “Nou Kamp”da Neymarın 80 və 84-cü dəqiqələrdə vurduğu 2 qolu ilə 3 xala sahib olub.
Turun mərkəzi oyunu Madriddə baş tutub. Burda “Real” son çempion “Atletiko”nu sınağa çəkib. Qonaqlar əzmikar qələbə qazanıb. “Atletiko”nun qalibiyyət qoluna isə 77-ci dəqiqədə Türkiyə millisinin üzvü Arda Turan imza atıb.
“Selta” - “Real Sosyedad” matçında isə hərəyə 2 dəfə fərqlənən tərəflər xalları yarı bölüb – 2:2.
“Elçe” səfərdə “Rayo Valyekano” 3:2, ”Valensiya” “Espanyol”u 3:1 və ”Sevilya” “Xetafe”ni 2:0 hesabı ilə məğlub edib.
”Qranada” – “Vilyarreal” matçında isə qalib müəyyənləşməyib. Oyun başladığı kimi də sona çatıb – 0:0.
“Deportivo” isə “Eybar”la səfər oyununda sevinib. Meydan sahiblərini minimal hesabla məğlub edən qonaqlar 9-cu pilləyə yüksəlib.
Qeyd edək ki, 10 xala malik olan “Barselona” turnir cədvəlinə başçılıq edir.
İspaniya La Liqası
III tur
12 sentyabr"
“Almeriya” – “Kordoba” 1:1
Qollar: Mendes, 12 – Kartabya, 19
13 sentyabr
“Barselona” – “Atletik” - 2:0
Qollar: Neymar, 80; 84
”Malaqa” – “Levante” - 0:0
”Real” – “Atletiko” - 1:2
Qollar: Ronaldo, 26-pen - Tiaqo, 10, Arda, 77
”Selta” - “Real Sosyedad” - 2:2
Qollar: Orellana, 28, Larrivey, 48 - Aqirretxe, 70, Conni, 90+2
14 sentyabr
“Rayo Valyekano” – “Elçe” - 2:3
Qollar: Kakuta, 45, Bueno, 90+1-pen – Albakar, 37, Conatas, 56, Moskuera, 70
”Valensiya” – “Espanyol” - 3:1
Qollar: Piatti, 7, Parejo, 63, Pako, 73 - Qarsia, 90
”Sevilya” – “Xetafe” - 2:0
Qol: Bakka, 44-pen, Vidal, 87
”Qranada” – “Vilyarreal” - 0:0
15 sentyabr
“Eybar” – “Deportivo” - 0:1
Qol: Dominqes, 13