Topaz Premyer Liqasının V turu çərçivəsində keçirilən "Simurq" - "Qəbələ" (1:2) matçının 80-ci dəqiqəsində zədələnərək meydançanı tərk edən Dodonun yaşıl meydanlardan hansı müddətə uzaq qalacağı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün müayinədən keçən braziliyalı yalnız 2 həftədən sonra məşqlərə start verə biləcək.
Bu isə o deməkdir ki, Dodo “Qəbələ”nin sentyabrın 21-də “Neftçi” və 28-də “Xəzər Lənkəran”la matçlarını buraxacaq. O yalnız oktyabrın 17-də “Qarabağ”la matçda komandasına kömək edə biləcək.
Qeyd edək ki, sözügedən matçda dubla imza ataraq “qırmızı-qaralar”a qələbə qazandıran Dodo ikinci qol epizodunda dizindən zədə almış və yerini Elvin Camalova vermişdi.