Qurbanov Kiyevdə jurnalistlərlə görüşəcək
21.10.2014 - 17:03
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Avropa Liqasının qrup mərhələsinin III turu ərəfəsində keçirəcəyi mətbuat konfransının vaxtı bəlli olub. Apapsort.az saytının məlumatına görə, 42 yaxşlı mütəxəssis “Dnepr”lə Ukraynadakı qarşılaşmadan 1 gün əvvəl media nümayəndələri ilə görüşəcək.
Sabahkı tədbir Kiyevdəki Olimpiya stadionun mətbuat zalında baş tutacaq. Mətbuat konfransı Bakı vaxtıyla 20:45-də başlayacaq.
Qeyd edək ki, “Dnepr” – “Qarabağ” oyunu oktyabrın 23-də saat 00:05-də start götürəcək.
0
0