[b]“Simurq” – “Qarabağ” oyununun vaxtı dəyişdirildi[/b]
24.11.2014 - 16:05
Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, XIV turunda keçiriləcək “Simurq” – “Qarabağ” oyununun vaxtı dəyişdirilib.
Belə ki, matç noyabrın 29-da deyil, noyabrın 30-da keçiriləcək. Buna səbəb “Qarabağ”ın noyabrın 27-də Avropa Liqasının qrup mərhələsində Fransada “Sent Etyen”lə görüşməsidir.
Mənbə: pfl.az
0
0