Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsində ilk iki yeri tutan 24 komanda və Çempionlar Liqasının “üçüncüsü” olan 8 klub İsveçrənin Nyon şəhərində gerçəkləşən püşkatmada 16 cütlük təşkil edib.
2015-ci il fevralın 19-da ilk, 26-da cavab oyunlarına çıxacaq komandalar müəyyən şərtlərlə rəqiblərini tanıyıb. Belə ki, eyni qrup, eyni ölkə təmsilçiləri, həmçinin Rusiya ilə Ukrayna klubları bir-birilə görüşməməsi püşk zamanı nəzərə alınıb.
Qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”la eyni qrupda yer alıb, hakim səhvi sayəsində 2-ci olan Ukrayna “Dnepr”i Yunanıstanın “Olimpiakos” klubuna rəqib olub. Qrupumuzun qalibi olan “İnter” (İtaliya) isə Şotlandiya “Seltik” i ilə görüşəcək.
Qonşu Türkiyə təmsilçilərinin bəxtinə güclü rəqiblər düşüb. “Beşiktaş” İngiltərə “Liverpul”u, “Trabzonspor” isə İtaliya “Napoli”si ilə qarşılaşacaq.
1/16 final
“Yanq Boyz” (İsveçrə) - “Everton” (İngiltərə)
“Torino” (İraliya) - “Atletik” (İspaniya)
“Sevilya” (İspaniya) - “Borussiya” (M, Almaniya)
“Volfsburq” (Almaniya) - “Sportinq” (Portuqaliya)
“Ayaks” (Hollandiya) - “Legiya” (Polşa)
“Olborq” (Danimarka) - “Brügge” (Belçika)
“Anderlext” (Belçika) - “Dinamo” (M, Rusiya)
“Dnepr” (Ukrayna) - “Olimpiakos” (Yunanıstan)
“Trabzonspor” (Türkiyə) - “Napoli” (İtaliya)
“Genqam” (Frarnsa) - “Dinamo” (K. Ukrayna)
“Vilyarreal” (İspaniya) - “Zalsburq” (Avstriya)
“Roma” (İtaliya) - “Feyenoord” (Hollandiya)
PSV (Hollandiya) - “Zenit” (Rusiya)
“Beşiktaş” (Türkiyə) - “Liverpul” (İngiltərə)
“Tottenhem” (İngiltərə) - “Fiorentina” (İtaliya)
“Seltik” (Şotlandiya) - “İnter” (İtaliya)