[b]“Real” çempion![/b]
21.12.2014 - 01:36
Mərakeşdə keçirilən klublar arası dünya çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, finalda Madrid “Real”ı ilə Argentinanın “San-Lorenso” klubu qarşılaşıb.
Həlledici matçda Avropa təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə klublar arası dünya çempionu olub.
“Real”ın heyətində 37-ci dəqiqə Serxio Ramos və 51-ci dəqiqədə Qaret Beyl fərqlənib.
Qeyd edək ki, turnirin üçüncüsü Yeni Zelandiya “Oklend Siti”si olub. Okeaniya komandası ilk dəfə bu yarışın bürünc mükafatını qazanıb.
0
0