Bu gün qadın şahmatçılar arasında Avropa çempionatında III turun oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, Rodos adasında keçirilən yarışda Azərbaycanın 10 zəka sahibi də mübarizə aparır.
İlk 2 turda maksimun nəticə qazanan Ülviyyə Fətəliyeva bolqarıstanlı Beloslava Krasteva, Günay Məmmədzadə ukraynalı Olqa Babiy, Gövhər Beydullayeva isə polşalı Yuliya Antolakla yarışacaq.
Qeyd edək ki, Avropa çempionatında 183 şahmatçı mükafatlar uğrunda mübarizə aparır.
Avropa çempionatı, Qadınlar
III tur
Günay Məmmədzadə – Olqa Babiy (Ukrayna)
Yuliya Antolak (Polşa) – Gövhər Beydullayeva
Ülviyyə Fətəliyeva – Beloslava Krasteva (Bolqarıstan)
Xanım Balacayeva – Laura Şultse (Almaniya)
Bodhara Sinanvandhan (İngiltərə) – Gülnar Məmmədov
Ləman Hacıyeva – Lilit Mkrtçan (Ermənistan)
Nərmin Abdinova – Aleksandra Lax (Polşa)
Yekaterini Pavlidey (Yunanıstan) – Səbina Rzalı
Yohanna Blyubaum (Almaniya) – Səbina İbrahimova
Ayan Allahverdiyeva – Sofiya Silva (Portuqaliya)
Xal durumu: 1-15. Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə - 2 xal, 15-18. Gövhər Bəydullayeva - 2, 25-34. Xanım Balacayeva - 1,5, 55-66. Gülnar Məmmədova - 1,5, 76-104. Səbinə İbrahimova, Ləman Hacıyeva, Səbina Rzalı - 1, 108-116. Ayan Allahverdiyeva, Nərmin Abdinova – 1.
- Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi gənc şahmatçıların valideynləri ilə görüş keçirib
- Sərxan Həşimov ECU vitse-prezidentliyinə namizəd oldu
- Nicat Abasov: "Sanki çempionatın finalında mübarizə aparırdım"
- Ülviyyə Fətəliyeva Vyana və Bratislavada şahmatçılarla görüşüb - FOTO
- Şahmatçılarımızdan Avropa çempionatında iki medal