Azərbaycan çempionatının mükafat fondu bilindi
05.01.2026 - 12:35
Yanvarın 6-dan startı veriləcək şahmat üzrə Azərbaycan 1-ci dəstəsinin mükafat fondu məlum olub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat verib.
Kişilərin yarışında mükafat fondu 7000, qadınlarda isə 3000 manatdır. Kişilərdə 40, qadınların mübarizəsində isə 20 nəfər iştirak edəcək. Kişilər arasında ilk 9 pilləni tutanlar yüksək liqaya çıxacaqlar. Qadınların mübarizəsində isə ilk 2 yerin sahibi Azərbaycan çempionatına yüksələcək.
Azərbaycan 1-ci dəstəsi yanvarın 6-14-ü aralığında keçiriləcək.
- Apellyasiya Komitəsi şahmat üzrə Azərbaycan çempionatında keçirilmiş partiyanın nəticəsini dəyişib
- Ölkə çempionatında yarımfinalçılar müəyyənləşib
- 1/4 finalın ikinci partiyaları oynanılıb
- Şəhriyar Məmmədyarov: “Qarabağ” adi komanda deyil“
- Ölkə çempionatı: 1/4 finalın ilk partiyaları keçirilib - FOTO
0
0