Azərbaycanın 8 şahmatçısı İtaliyada yeniyetmələr arasında dünya çempionatında mübarizə aparacaq
14.06.2026 - 12:08
Azərbaycanın 8 şahmatçısı İtaliyanın Montesilvano şəhərində yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək.
Apasport.az xəbər verir ki, Azərbaycan mötəbər turnirə məşqçi Fərid Abbasovun rəhbərliyi altında Xaqan Əhməd, Tunar Davudov, Fərid Orucov, Paşam Əlizadə, Şəmsi Qaraxanov, Nərmin Abdinova, Lalə Hüseynova və Zəhra Allahverdidən ibarət heyətlə yollanıb.
14,16 və 18 yaş kateqoriyasında təşkil olunacaq yarışda 86 ölkə təmsil olunacaq. İlk turun partiyaları sabah oynanılacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 26-da yekunlaşacaq.
- "Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub
- Aydın Süleymanlı: “Valideynlərim də Maqnusa qalib gələcəyimi gözləmirdi”
- Şahmatçımız dünya çempionunu MƏĞLUB EDİB
- Azərbaycanın "Odlar yurdu" komandası şahmat üzrə dünya çempionatında mübarizə aparacaq
- Azərbaycan çempionu “UzChess Cup”da birinci yeri rəsmiləşdirdi
0
0