İki şahmatçımız dünya birinciliyində mübarizəyə başlayacaq
02.08.2024 - 17:32
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmə şahmatçılar arasında rapid və blits üzrə dünya birinciliyinə start veriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan yarışda iki idmançı ilə təmsil olunur.
Xəzər Babazadə və Ayan Allahverdiyeva 20 yaşa qədər şahmatçıların kateqoriyasında mübarizə aparacaq.
Qeyd edək ki, İsveçrə sistemiylə təşkil edilən turnir 9 turdan ibarət olacaq. Yarış avqustun 8-də yekunlaşacaq
- Azərbaycan şahmatçıları Avropa çempionatında liderliyi bölüşürlər - FOTO
- Təmsilçimiz Avropa çempionatında liderliyə yüksəldi
- Aydın Süleymanlı liderliyə yüksəldi - AVROPA ÇEMPİONATINDA
- Aynur Sofiyeva FIDE mükafatı ilə təltif olundu
- Dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib - FOTO
0
0