Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
25.09.2026 - 11:32
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb

Beynəlxalq dərəcəli hakim Ülkər Umudova Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən xüsusi mükafata layiq görülüb.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti açıqlayıb..

Şahmatın inkişafına verdiyi töhfələrə görə xüsusi mükafat Ü.Umudovaya Səmərqənddə keçirilən və məqsədi qadınların şahmatdakı rolunun artırılmasına yönələn "Beyond the Board: Women, Innovation and the Business of Chess" toplantısında təqdim olunub.