Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə Milli Xalça Muzeyində şahmat üzrə ikiqat dünya və Avropa çempionu Antoaneta Stefanova tərəfindən "ustad dərsi" keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə iştirak edən qurumun prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov əsas məqsədin yeniyetmə və gənc şahmatçıların peşəkar idmançı kimi formalaşmasına dəstək vermək olduğunu bildirib.
20 yeniyetmə və gənc şahmatçının iştirak etdiyi görüşdə Antoaneta Stefanova uğur yolundan, karyerasının önəmli anlarından söhbət açıb. Sonra şahmatda debüt və digər vəziyyətlərlə bağlı fikir mübadiləsi aparılıb, yeniyetmə və gəncləri maraqlandıran suallara cavab verilib.
"Ustad dərsləri"nin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, AŞF yeniyetmə və gənclərdə idmana marağın aşılanması, onların sağlam ruhda tərbiyə edilməsi istiqamətində mütəmadi olaraq müxtəlif layihələr və tədbirlər həyata keçirir.
- Şahmatçımız beynəlxalq turnirdə ikinci oldu
- Şahmatçılarımız dünya çempionatında mübarizə aparır - FOTO
- "Baku Open" Beynəlxalq Şahmat Festivalının son turuna start verilib - FOTO
- Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi gənc şahmatçıların valideynləri ilə görüş keçirib
- Sərxan Həşimov ECU vitse-prezidentliyinə namizəd oldu