“Bu prestijli turniri uzun müddətdir yaxından izləyirəm”.
Apasport.az saytının Xankəndiyə ezam olunan əməldaşı xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında iranlı şahmatçı Amin Tabatabai deyib.
Qrossmeyster XI Vüqar Həşimov Memorialı haqqında fikirlərini bölüşüb:
“Hər zaman düşünürdüm ki, bu yarışda iştirak etsəm, necə olar. Və çox xoşbəxtəm ki, artıq buradayam. Bu turnirdə mübarizə aparan şahmatçılar uzun illərdir yüksək səviyyədə çıxış edən idmançılardır. Bu yarışın mənim üçün vacibliyi ondadır ki, Dohada keçiriləcək dünya rapid və blits çempionatı üçün yaxşı bir hazırlıq mərhələsidir. Əlimdən gələni edəcəyəm. Amma ən əsası, bu yarışdan zövq almaqdır”.
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib
- Qubada beynəlxalq şahmat festivalı keçiriləcək