Karlseni məğlub etmiş 13 yaşlı türk qrosmeyster ünvanı alıb
22.08.2024 - 12:13
Karlseni məğlub etmiş 13 yaşlı türk qrosmeyster ünvanı alıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 13 yaşlı türkiyəli şahmatçı Yağız Kaan Erdoğmuşun qrosmeyster ünvanını təsdiqləyib.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Şahmat Federasiyası məlumat yayıb.

Federasiya gənc istedadı yeni titul münasibətilə təbrik edib. 

Qeyd edək ki, Yağız Kaan Erdoğmuş şahmatın canlı əfsanəsi Maqnus Karlseni məğlub etdikdən sonra məşhurlaşmışdı. O, hazırda dünyanın ən gənc qrosmeysteridir. 

0