Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, yarışın son günündə həlledici qarşılaşmaların tay-brek görüşləri baş tutub.
İlk iki partiyada qalibi müəyyənləşdirə bilməyən cütlər yenidən lövhə arxasına keçiblər. Kişilərin mübarizəsində iki dəfə heç-heçə edən Rauf Məmmədovla Şəhriyar Məmmədyarov Azərbaycan çempionu titulu üçün növbəti dəfə üz-üzə gəliblər. Tay-brekdə rəqibindən üstün olan Məmmədov qələbə qazanaraq birinci yeri tutub. Bu, onun 6-cı Azərbaycan çempionluğu olub.
Qadınların yarışında isə hərəyə bir qələbə qazanan Günay Məmmədzadə ilə Gövhər Beydullayeva qalib adı uğrunda oynayıblar. Daha inamlı çıxış edən Məmmədzadə çempion tituluna yiyələnib.
Bürünc uğrunda görüşdə isə Gülnar Məmmədova Ülviyyə Fətəliyevanı məğlub edərək, mükafatçılar arasında yer alıb.
Qeyd edək ki, yarışın bağlanış və mükafatlandırma mərasimi saat 19:00-da baş tutacaq.
- Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular
- Azərbaycan milliləri Olimpiadada VII tura çıxır – Qadınlarımız Ermənistanla qarşılaşacaq
- AŞF rəsmisi İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
- Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə heç-heçə etdi
- Şahmat Olimpiadası başlayır – millimizin rəqibləri bəlli oldu