Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar məlum olub.
Apasport.az xəbər verir ki, kişilərin yarışında ikinci finalçı Rauf Məmmədov olub.
O, taybrekdə Teymur Rəcəbovdan güclü olub. Rapid mübarizəsində də heç-heçə qeydə alınıb, armageddonda isə Məmmədov qələbəni bayram edib.
Qadınlarda isə hər iki finalçı tay-brekdən sonra müəyyənləşib.
Günay Məmmədzadə Gülnar Məmmədovadan üstün olub - 1,5:0,5.
Digər cütlükdə isə Gövhər Beydullayeva Ülviyyə Fətəliyevaya qalib gəlib - 1,5:0,5.
Sabah start götürəcək həlledici partiyalarda Şəhriyar Məmmədyarov Rauf Məmmədovla, Günay Məmmədzadə isə Gövhər Beydullayevayla qarşılaşacaq.
Üçüncü yer uğrunda görüşlərdə Misrətdin İskəndərovla Teymur Rəcəbov, Gülnar Məmmədova isə Ülviyyə Fətəliyeva ilə üz-üzə gələcək.
Oyunlar saat 15-00-da başlayacaq.