Şahmat üzrə Azərbaycan çempionatının final mərhələsinə start verilib
13.02.2025 - 19:46
Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirilib.
Apasport.az xəbər verir ki, kişi şahmatçıların finalında Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıb.
Qadınların həlledici görüşündə isə Gövhər Beydullayeva Günay Məmmədzadəyə qalib gəlib.
3-cü yer uğrunda partiyada Ülviyyə Fətəliyeva Gülnar Məmmədovadan güclü olub.
Sabah medallar uğrunda görüşlərdə cavab partiyaları oynanılacaq.
Qeyd edək ki, kişilərin yarışında qalib 20 min, qadınlarda isə 10 min manat qazanacaq.
- Azərbaycan milliləri Olimpiadada VII tura çıxır – Qadınlarımız Ermənistanla qarşılaşacaq
- AŞF rəsmisi İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
- Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə heç-heçə etdi
- Şahmat Olimpiadası başlayır – millimizin rəqibləri bəlli oldu
- “Quba Open 2026”ya yekun vurulub
0
0