Şahmatçımız beynəlxalq turnirdə 3-cü yer tutub
15.04.2025 - 20:58

İslandiyanın paytaxtında keçirilən şahmat üzrə “Reykyavik Open” turnirinə yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycan şahmatçı Məhəmməd Muradlı yarışı 3-cü pillədə başa vurub.
“Reykyavik Open"in son - 9-cu turu Azərbaycan dueli ilə yadda qalıb. Muradlı Eltac Səfərli ilə üz-üzə gəlib və tərəflər heç-heçəyə razı olublar. Yekunda iranlı Parham Maqsudlu 7,5 xalla turnirdə birinci yeri tutub. Məhəmmədlə eyni xala malik Vasili İvançuk (Ukrayna) ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Eltac Səfərli isə 6 xalla yarışı 12-ci pillədə başa vurub.
0
0