Şahmatçımız beynəlxalq turnirdə liderlər sırasındadır
19.07.2024 - 12:31
Azərbaycanın 2 şahmatçısı Serbiyada təşkil olunan "Belqrad Open" turnirində iştirak edir.
Apasport.az xəbər verir ki, 6 turdan sonra Eltac Səfərli liderlər qrupunda qərarlaşıb. Aktivində 5 xalı olan 32 yaşlı qrosmeyster 1-5-ci yerləri bölüşdürür.
Fərid Orucov isə 3 xalla 72-ci sırada yer alıb.
Qeyd edək ki, mükafat fondu 30 000 avro olan beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.
- Azərbaycan çempionatında 1/4 finalçılar müəyyənləşib
- Ölkə çempionatı: 1/4 finalın ilk iştirakçıları müəyyənləşib - FOTO
- Ölkə çempionatı: 1/8 final mərhələsinin ilk partiyaları keçirilib - FOTO
- Azərbaycan çempionatı: 1/8 final iştirakçıları bəlli olub - FOTO
- Ölkə çempionatı: 1/16 final mərhələsinin ikinci partiyaları keçirilib - FOTO
0
0