Şahmat üzrə Azərbaycan çempionatında son finalçı məlum olub.
Apasport.az xəbər verir ki, yarımfinalda iki partiyadan sonra qalibin müəyyənləşmədiyi Şəhriyar Məmmədyarov-Aydın Süleymanlı duelində tay-brek keçirilib. Tay-brekdə qələbə qazanan Şəhriyar Məmmədyarov 3,5-2,5 hesablı qələbəylə adını finala yazdırıb.
Sabah Azərbaycan çempionatında final partiyalarına start veriləcək. Kişilərin yarışında çempionluq uğrunda Şəhriyar Məmmədyarov Məhəmməd Muradlıyla, qadınlarda isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə mübarizə aparacaq.
Üçüncü yer uğrunda görüşlərdə Aydın Süleymanlı-Read Səmədov və Gülnar Məmmədova-Türkan Məmmədyarova partiyaları keçiriləcək. Final görüşləri saat 15-00-da başlayır.
Qeyd edək ki, Azərbaycan çempionatının bağlanış mərasimi fevralın 22-də “Landmark” Biznes Mərkəzində təşkil olunacaq.
- Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib