Süleymanlıdan növbəti heç-heçə
05.03.2025 - 19:38
Süleymanlıdan növbəti heç-heçə

Moskvada “Aeroflot Open” beynəlxalq şahmat turniri davam edir.

Apasport.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Aydın Süleymanlı VII turda rusiyalı Maksim Samuşenko ilə qarşılaşıb.

Şahmatçımız ağ fiqurlarla heç-heçə edib. Aydın 7 turda 4 xal toplayıb və 55-ci yerdə qərarlaşıb.

Digər təmsilçimiz Rəvan Əliyev Polina Şuvalova (Rusiya) ilə dueldə texniki məğlubiyyət alıb. O, Aydından 1 xal az toplayıb və 94-cü yerdədir.

Qeyd edək ki, VII tur təkhakimiyyətliliklə yekunlaşıb. Qələbə ilə xal hesabını 6-ya yüksəldən Yan Nepomnyaşi (Rusiya) digər şahmatçıları arxada qoyub.