Xankəndidə 11-ci Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Vüqar Həşimov turnirinin Azərbaycan şahmatının inkişafına verdiyi töhfədən danışıb.
O, yarışın Xankəndi şəhərində keçirilməsini də önəmli hadisə adlandırıb. M.Məmmədov mərhum şahmatçı ilə bağlı xatirələrini də bölüşüb. O, Həşimovun Avropa çempionu, Qran Pri qalibi olmasından söz açıb. AŞF rəhbəri Memorialın öz ənənələrinin olduğunu və bu turnirin yüksək səviyyədə təşkil olunmasını qeyd edib. O, mərhum qrossmeysterin xatirəsinin həmişə yad olunacağını vurğulayıb. Sonda bütün iştirakçılara uğurlar arzulayıb.
Təşkilat komitəsinin sədri Sərxan Həşimov bu memorialın baş tutmasının birgə səyin nəticəsi olduğunu deyib. O, tədbirin Xankəndidə keçirilməsini böyük hadisə adlandırıb. Daha sonra təşkilat komitəsinin sədri 11-ci Vüqar Həşimov Memorial Turnirini açıq elan edib.
Yarışın baş hakimi Rauf Hacılı yarış haqqında məlumat verdikdən sonra püşkatma mərasimi keçirilib.
Püşkatmadan sonra ilk görüşlər keçirilib.
Turnirə dekabrın 11-də yekun vurulacaq.
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib
- Qubada beynəlxalq şahmat festivalı keçiriləcək