Xaqan Əhməd qələbə ilə başladı
28.06.2025 - 10:49
Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan" "Shamakhi Open" festivalı ilə davam edir.
Apasport.az xəbər verir ki, A turnirində 26, B turnirində isə 73 şahmatçı çıxış edir.
Əsas yarışda on iştirakçı birinci mərhələdə qələbə qazanıb. Onların arasında Vitali Bernadski (Ukrayna), gənc azərbaycanlı istedad Xaqan Əhməd, Xəzər Babazadə, Vüqar Manafov və başqaları var.
Qeyd edək ki, Xaqan Əhməd bir neçə gün əvvəl “Sheki Open”in qalibi olub.
- Azərbaycanın 8 şahmatçısı İtaliyada yeniyetmələr arasında dünya çempionatında mübarizə aparacaq
- Beşinci Landau Şahmat Festivalı keçiriləcək
- FIDE Rusiya Şahmat Federasiyasının üzvlüyünü müvəqqəti dayandırıb
- 8 şahmatçımız Batumidə keçiriləcək Dünya Kubokunda iştirak edəcək
- Məmmədyarovdan qələbə ilə start
0
0