Argentinadan antirekord – Qapıya zərbə olmadı
20.07.2026 - 01:25
Argentina millisi dünya çempionatları tarixində finalın əsas vaxtını qapıya zərbə vurmadan başa vuran ilk komanda olub.
Apasport.az xəbər verir ki, DÇ-2026-nın finalında İspaniya ilə qarşılaşan Lionel Skaloninin komandası əsas vaxtı 0:0 hesabı ilə başa çatan matçın ilk 90 dəqiqəsində rəqib qapısı istiqamətinə bir dəfə də olsun zərbə endirə bilməyib.
Bununla da Argentina mundiallar tarixində finalın əsas vaxtını qapıya zərbəsiz başa vuran ilk yığma kimi antirekorda imza atıb.
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi
- 7-ci finalda 6-cı çempionluq – İspaniyadan ikinci DÇ kuboku
0
0