Çempionlar Liqasında ANTİREKORD
03.11.2022 - 13:14

“Reyncers” Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Ayaks”a 1:3 hesabı ilə məğlub olub.
Apasport.az saytının məlumatına görə, bununla Şotlandiya klubunun vurduğu və buraxdığı qolların göstəricisi mənfi 20-yə çatıb.
Qrupu xalsız tamamlayan Covanni van Bronkhorstun yetirmələri 6 oyunda 2 qol vurub, 22-ni buraxıb. Bu isə Çempionlar Liqasının qrup mərhələsindəki 6 oyuna görə antirekorddur.
Qeyd edək ki, “Reyncers” qrupda axırıncı yeri tutaraq avrokuboklarla vidalaşıb.
- “Aston Villa” ispaniyalı futbolçunu transfer etmək istəyir
- “Bir axşam Masazırda”: Millimiz üçün yeni stadion - STATİSTİKA
- "Neftçi"nin 1369 günlük həsrəti bu gün sona çatacaq? - STATİSTİKA
- Qəbələ Azərbaycan futbolu tarixində: 7-ci şəhər, 12-ci stadion... - STATİSTİKA
- Tarixdə 60-cı, “Qarabağ” üçün 21-ci - Statistika
0
0