De Xea Ərəbistana gedir
28.01.2024 - 15:59
David De Xea karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Mançester Yunayted”in keçmiş qolkiperi “Əl-Şabab”a keçmək üçün danışıqlar aparır.
Ərəbistanda oynamağın əleyhinə olmayan ispan çərçivə qoruyucusu yaxın günlərdə Ərəbistan yarımadasına getməyə hazırlaşır. İddialara görə 33 yaşlı De Xea “Əl-Şabab”ın təklif etdiyi yüksək əmək haqqından razı qalıb.
Qeyd edək ki, qapıçı yayda “Mançester Yunayted”dən ayrıldıqdan sonra azad agent statusundadır.
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi
- 7-ci finalda 6-cı çempionluq – İspaniyadan ikinci DÇ kuboku
0
0