Fransa millisinin hücumçusu Rondal Kölo Mouani dünya çempionatı tarixinə meydana daxil olduqdan dərhal sonra qol vuran 3-cü futbolçu olub.
Apasport.az xəbər verir ki, Frankfurt "Ayntraxt"ının futbolçusu DÇ-2022-nin 1/2 finalında Mərakeşlə matçın (2:0) 79-cu dəqiqəsində meydana çıxıb və 44 saniyə sonra ilk toxunuşla rəqib qapısına zərbə endirib.
Opta-nın məlumatına görə, əvəzetmədən sonra dünya çempionatında cəmi 2 dəfə daha sürətli qol vurub. 2002-ci ildə uruqvaylı Riçard Morales (16 saniyə) və 1998-ci ildə danimarkalı Ebe Sən (26 saniyə) bu nəticəni göstərib.
Qeyd edək ki, 24 yaşlı Rondal Kölo Muani Fransa millisinin heyətində ilk qolunu vurub.
- “Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi