Harri Keyn Alan Şirerə çatdı
01.05.2023 - 12:14

"Tottenhem"in hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Apasport.az sauytə xəbər verir ki, 29 yaşlı forvard çempionatın XXXIV turunun “Liverpul”la oyununda (3:4) fərqlənərək qollarının sayını 25-ə çatdırıb.
Bununla da İngiltərə millisinin futbolçusu Alan Şirerdən sonra Premyer Liqanın dörd mövsümündə 25 və ya daha çox qol vuran ikinci oyunçu olub.
Qeyd edək ki, o, 2015/16 (25), 2016/17 (29) və 2017/18 (30) mövsümlərində də 25 qol həddinə çata bilib.
- Derbi alovu “İnter”i yandırdı: "Milan"la yenə bacarmadı - - Statistika
- "Fənərbaxça" - "Qalatasaray" rəqabətində 403-cü qarşılaşma - Statistika
- "Sumqayıt" 2025-ci ildə ilk qolunu vurdu
- “Aston Villa” ispaniyalı futbolçunu transfer etmək istəyir
- “Bir axşam Masazırda”: Millimiz üçün yeni stadion - STATİSTİKA
0
0