Klopp yeddinci oldu
02.11.2022 - 10:17

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında 100-cü oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu bu matçda “Napoli”ni 2:0 hesabı ilə məğlub edib.
Almaniyalı mütəxəssis turnirin tarixinə 100 oyun keçirən 7-ci baş məşqçi olub. O, bu müddətdə 58 qələbə sevinci yaşayıb.
Yalnız Pep Qvardiola ilk 100 görüşdə daha çox qalibiyyət sevinci yaşayıb. İspaniyalının aktivində 100 matçda 61 qələbə olub.
Qeyd edək ki, “Liverpul” qrup ikincisi kimi 1/8 finala yüksəlib.
- “Aston Villa” ispaniyalı futbolçunu transfer etmək istəyir
- “Bir axşam Masazırda”: Millimiz üçün yeni stadion - STATİSTİKA
- "Neftçi"nin 1369 günlük həsrəti bu gün sona çatacaq? - STATİSTİKA
- Qəbələ Azərbaycan futbolu tarixində: 7-ci şəhər, 12-ci stadion... - STATİSTİKA
- Tarixdə 60-cı, “Qarabağ” üçün 21-ci - Statistika
0
0